Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
INFEKSION XƏSTƏLİKLƏRİ / PEDİATRİYA

Qızılca

 QızılcaQızılca epidemik, yoluxucu bir xəstəlikdir. Xəstəliyin ən irəli vəziyyətlərində sətəlcəm və beyin iltihabı kimi vəziyyətlərə də yol aça bilir. 6 aydan əvvəlki körpələrdə nadir olaraq görülür. Çünki anadan alınan anticisimlər körpəni bu xəstəlikdən qarşı qoruyur. Xəstəlik uşağa yaxın təmas və hava-damcı yolu ilə keçir. Xəstəlik virusu bədənə girdikdən təqribi 10 gün sonra əlamətlərini göstərməyə başlayır. Qızılca xəstəliyi qızılca peyvəndinin yayılmasıyla birlikdə daha da azalmışdır. Qızılca xəstəliyi məktəb əvvəli uşaqlarda daha tez-tez görünür və epidemiya halında görülə bilər. Bir dəfə qızılca keçirildikdən sonra bədən xəstəliyə qarşı immunitet qazanır və bir daha görülmür.

Qızılca xəstəliyin əlamətləri nələrdir?

Əlamətləri özünü mərhələlər halında göstərir. İlk 2 gün burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, gözdə ağrıma, öskürək olur. İşığa qarşı həssaslıq göstərərir. 3-cü gün ağız içində ağ nöqtə şəklində ləkələr görülür. 4-cü gün isə bu əlamətlərdən sonra dəridə səpgilər meydana gəlməyə başlayır. Səpgilər alın və boyun bölgəsində başlayır. Sonra bədənə yayılır. Səpgilər yüngül qabarıq və qırmızıdır. Bəzən başqa komplikasyonlara da yol aça bilər. Bunlar orta qulaq iltihabı, beyin iltihablanması və sətəlcəm və s. Xüsusilə qızılca keçirən körpə uşaqlarda orta qulaq iltihabı görülə bilər. Sətəlcəm də xüsusilə yaxşı bir baxım təmin edilə, qidalanmasına diqqət edilməyən uşaqlarda öldürücü ola bilməkdədir.

Qızılca xəstəliyinin müalicəsi necədir?

Xəstəlikdə səpgilər görüldükdən sonra 1 həftəyə qədər davam edir və sonra öz-özünə itməyə başlayır. Uşağın qızdırmasını salmaq üçün bol maye verilməlidir. Uşağın yaxşıca istirahət etməsi də əhəmiyyətlidir. Həkim uşaqda qızılcadan ötəri ortaya çıxan əks təsirlərin aradan qaldırılması üçün lazımi tədbirləri görür və əks təsirləri aradan qaldırıcı müalicəni edir. Məsələn: görülən qızdırma üçün həkim tərəfindən qızdırma salıcı dərmanlar təklif edilir. Burun axıntısı üçün burun damcısı təklif edilir. Öskürək üçün isə otaq nəmləndirilir, bitki mənşəli çay və ilıq su içirilir. Gözdəki ağrı üçün ilıq su və pambıqla gözə masaj edilir.

  • Körpəni qızılca xəstəliyinə qarşı qorumaq üçün peyvənd təqvimindəki peyvəndləri nizamlı olaraq vurulmalıdır.

Peyvənd uşaq üçün 95%-ə qədər qoruma təmin edir. Qızılca xəstəliyində görülə biləcək sətəlcəm, orta qulaq iltihabı, beyin iltihabı kimi ağırlaşmalara görə də həkim tərəfindən dərman müalicəsi edilir. Peyvəndin bəzi əks təsirləri vardır. Peyvəndetmə sonrası qızdırma, döküntü görülə bilər. Qızdırma peyvənd sonrası uşaqların təxminən 10%-də görülür. Həmçinin xəstəliyin müalicəsində A vitamini təşkil edən qidaların ya da A vitamini qəbul edilməsinin də əhəmiyyəti vardır. Uşağın işığa qarşı həssaslıq göstərmə ehtimalına qarşı işığın olmadığı yüngül qaranlıq bir otaqda dayanması daha rahat hiss etməsini təmin edə bilər.

Təcili vəziyyətlər nələrdir?

Aşağıdakı hallarda uşağı təcili olaraq həkimə göstərmək lazımdır.

  1. Uşağın qızdırması 39° və yüksəkdirsə
  2. Dəri töküntüləri 4 gün və daha uzun müddət davam edərsə
  3. Yaxşılaşma müddətində təkrar köhnə vəziyyətin dönməsi
  4. Nəfəs alıb vermədə problem yaşandıqda
  5. Xırıltılı nəfəs alıb vermə 
İstinad : Dr. Afət İbrahimli
  18-03-2018, 16:56   Baxış: 388   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: